ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycana səfərə gəlir.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
L. Kojara iyulun 8-də rəsmi görüşlər keçirəcək. E. Abdullayevin sözlərinə görə, səfər zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.