ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏTPA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.
Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.