ATƏT PA-nın sədri cəbhədəki gərginliyə münasibət bildirib
03 aprel 2016 11:02 (UTC +04:00)

ATƏT PA-nın sədri cəbhədəki gərginliyə münasibət bildirib

ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan,Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

 

APA-nın məlumatına görə, bu barədə ATƏT PA sədri İlka Kanerva və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigeninin birgə bəyanatında deyilir. Onlar hesab edir ki, döyüşlər dayandırılmalıdır: "Dağlıq Qarabağ münaqişəsi uzun illər xeyli insan itkisinə səbəb olub. Biz tərəfləri atəşi dayandırmağa və növbəti zorakılıq hallarının artmasından qaçmaq üçün maksimum təmkin göstərməyə çağırırıq". 


Onlar ATƏT-in Minsk qrupuna və onların münaqişənin sülh yolu ilə həlli səylərinə tam dəstəklərini bir daha qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

APA Baycan

Oxşar yazılar