Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olublar.
MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tana de Zuluetanın rəhbərlik etdiyi ATƏT DTİHB Seçki Müşahidə Missiyasının üzvləri MSK sədri Məzahir Pənahovla görüşüblər.
Missiyanın rəhbəri qeyd edib ki, həm seçkiöncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, MSK sədrinin oktyabrın 9-na təyin edilən Azərbaycan prezidentinin seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verməsini xahiş edib,
M. Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı komissiyanın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışıb, qonaqların suallarını cavablandırıb.