AŞPA-da Sərsəng su anbarı ilə bağlı ilkin hesabat dinləniləcək
06 noyabr 2015 12:22 (UTC +04:00)

AŞPA-da Sərsəng su anbarı ilə bağlı ilkin hesabat dinləniləcək

Noyabrın 23-də AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycan üzrə məruzəçinin ilkin hesabat layihəsinin dinlənilməsi gözlənilir.

 

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, Bosniya və Herseqovinadan olan məruzəçi Militsa Markoviç tədbirdə  “Azərbaycanın cəbhə rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” mövzusunda çıxış edəcək. Tədbirdə həmçinin Birləşmiş Krallığın Ekseter Universitetinin su resursları, hidrologiya və hidrotexnika üzrə eksperti Lidiya Vamvakeridou-Liorudiya ilə fikir mübadiləsi aparılacaq.

 

Xatırladaq ki, Militsa Markoviç hesabatla əlaqədar 24-27 avqust tarixlərində Azərbaycana səfər edib. 

# 220
avatar

Oxşar yazılar