AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi
25 iyun 2015 12:02 (UTC +04:00)

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi

Bu gün Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.  
 

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar