Səməd Seyidov AŞPA-ın iclasında iştirak edəcək
30 oktyabr 2015 12:52 (UTC +04:00)

Səməd Seyidov AŞPA-ın iclasında iştirak edəcək

0

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd  Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 3-dən 5-dək Fransada səfərdə olacaqlar. 

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Paris şəhərində keçiriləcək toplantıda qurumun Cənubi Qafqaz  üzrə  məruzəçisi Robert Uolterin  “Azərbaycanın Dağlıq Qarabağ və digər  işğal  edilmiş ərazilərində  gərginliyin  artması”  mövzusunda məruzəsinin ilkin  variantı  müzakirə  ediləcək. 

Toplantıda həmçinin, Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi  nəticələri  və  digər  məsələlər  barədə  fikir  mübadiləsi  aparılacaq.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar