Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Senatının sabiq prezidenti, AŞPA-nın fəxri prezidenti Dr. Pyer Rene Hubert Mari van der Linden prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Əziz İlham Heydər oğlu.
İlk növbədə Sizə və ailənizə ən səmimi arzularımı çatdırmaq istərdim.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə xoşbəxt, sağlam və dinc yeni il arzulayıram.
Fürsətdən istifadə edərək, bu ilin aprel ayında geniş və vacib biznes nümayəndə heyətinin Azərbaycandan Niderlanda səfər etməsinə göstərdiyiniz dəstəyə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Bu tədbirin həmtəşkilatçıları iki günlük intensiv proqramın nəticələrindən çox razı qaldılar. Eyni zamanda, Azərbaycanın rəsmi və biznes nümayəndə heyətinin də bu proqram və səfərlərdən çox razı qaldığını eşitməkdən şad olduq.
Bu xoş fürsətdən istifadə edərək, nümunəvi liderliyiniz və ölkənizin əhəmiyyətli nailiyyətləri münasibətilə Sizi təbrik etmək istəyirəm. Ölkələrimiz arasında tərəfdaşlığı təşviq etmək istiqamətindəki bütün dəstək və səylərinizi yüksək qiymətləndirirəm.
İcazə verin, Sizə və ailənizə ən xoş arzularımı izhar edim".