Aslan İsmayılov namizədliyini geri götürdü
21 oktyabr 2015 12:22 (UTC +04:00)

Aslan İsmayılov namizədliyini geri götürdü

0

Tanınmış hüquqşünas Aslan İsmayılov deputatlığa namizədliyini geri götürüb. Lent.az-ın məlumatına görə, bu barədə A.İsmayılov sosial şəbəkədə bəyan edib.

 

A.İsmayılov facebook səhifəsində video müraciət yayaraq namizədliyini geri götürdüyünü bildirib. Hüquqşünas bu addımına səbəb kimi İctimai Televiziyada namizədlərə efir vaxtının ayrılmaması, buna görə də fikirlərini seçicilərə çatdıra bilməməsi ilə əlaqələndirib. O, qeyd edib ki, namizədliyini geri götürdüyü haqda ərizə ilə artıq Dairə Seçki Komissiyasına müraciət edib.

 

Qeyd edək ki, A.İsmayılov namizədliyini 20 saylı seçki dairəsindən irəli sürmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar