Baş nazir Artur Rasizadə 16 saylı Yasamal ikinci seçki dairəsində səs verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə gələn A.Rasizadə səsvermə prosesində iştirak edib.
Qeyd edək ki, bu məntəqədə 1412 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyir.