AP üzvü: “Xocalı aeroportunun yenidən açılması...”
04 fevral 2013 15:07 (UTC +04:00)

AP üzvü: “Xocalı aeroportunun yenidən açılması...”

“Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayıram”


 

“Azərbaycan ərazisi olan və 1990-cı ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayıram”.

APA-nın məlumatına görə, Avropa Parlamentinin üzvü Kristiina Ojuland Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən belə deyib.

 

Avropa Parlamentinin üzvü bildirib ki, bu hərəkət, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi ziyan vurmaqla bərabər, beynəlxalq hüququ, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və Çikaqo Konvensiyasını pozacaq: “Xocalı aeroportunun yenidən açılmasının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına olduqca mənfi təsiri olacaq. Bundan əlavə, Ermənistan rəhbərliyinin məsuliyyətsiz təşəbbüsü AB-nin, bütövlükdə sülh prosesində etdiyi cəhdlərinə hörmətsizlik kimi qəbul edilə bilər. Bu planın 1992-ci ildə baş vermiş Xocalı faciəsi ilə bağlı simvolizmi nəzərə alsaq, bu cür hərəkət, hətta daha sonra bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar