Anti-milli Eminə milli tövsiyə...
22 iyun 2015 17:27 (UTC +04:00)

Anti-milli Eminə milli tövsiyə...

0

I Dünya müharibəsində öz ölkəsinin məğlubiyyətinə çalışan yeganə siyasi qüvvə Rusiya imperiyasının bolşevikləri idi. Orduda və arxa cəbhədə təxribatlar törədək minlərlə həmyerlisinin ölümünə səbəb olan bolşeviklər bunu hakimiyyətə gəlməyin yeganə yolu hesab edirdilər. Öz ölkəsinə və xalqına qarşı nifrət və ikrahın ölçü meyarı olsaydı, yəqin ki, meydan.tv adı altında fəaliyyət göstərən qruplaşma və onun anti-milli Emini bolşevikəri belə ötüb keçərdi.

 

Psixoanalizin atası hesab olunan Ziqmund Freydin araşdırmaları sübut etmişdir ki, psixoloji kompleksdən irəli gələrək kimdə nə çatışmırsa ondan daha çox danışmağa üstünlük verir. Məsələn pulu olmayan puldan, namusu olmayan namusdan daha çox danışaraq şüaraltı əziyyət çəkdiyi çatışmazlığını kompensasiya etməyə çalışır. Özünə Emin “milli” təxəllüsü götürən və əslində anti-milli fəaliyyətlə məşğul olan bu şəxsən “milliliyi” də daxili kompleksin göstəricisidir.

 

Emin anti-millinin qərbdən maliyyələşən meydan.tv-sinin Azərbaycana qarşı qərəzli kampaniyanın iştirakçısı qismində fəaliyyəti yenilik deyildir. Bu günlərdə isə bu mediada bütün sərhədləri keçərək nəyə görəsə Avropa Yenidənqurma və İnkişaf Bankının 2010-cu ilə dair “Life in Transitions” adlı hesabatı təzədən yayıldı. Bu hesabatda guya Avropanın ən qeyri-tolerant ölkələri təsnif olunur və Meydan tv “milli fəxrlə” Azərbaycanın bu sırada Ermənistan, Moldova və Türkiyədən sonra dördüncü yerdə olmasını xatırladır.

 

Birincisi, Avropa İnkişaf və Yenidənqurma bankı tərəfindən bu hesabatlar biznes və cəmiyyət arasında olan münasibətləri araşdırmaq baxımdan həyata keçirilir. İkincisi hər hansı ölkədə tolerantlıq məsələlərini qiymətləndirmək üçün Avropa İnkişaf və Yenidənqurma bankı mandata və lazımı nou-hou və təcrübəyə malik deyildir. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun! Bank da pul saymağını davam etdirsin!

 

Avropa Oyunları ərəfəsində və dövründə xarici qruplarla əlbir olaraq, Azərbaycana qarayaxma üçün hər bir mövzuya, o cümlədən qurama şəkildə guya itlərin öldürülməsi məsələsinə belə əl atan bu dairələr Avropa İnkişaf və Yenidənqurma bankının hesabatının yalnız bir hissəsini kontekstəndən çıxararaq, antiAzərbaycan ruhda təqdim etməyə çalışmışlar.

 

Azərbaycan xalqının zəngin multikulturalizm ənənələri regionu və Azərbaycanı yalnız maliyyə maraqları prizmasından görən hər hansı bankın hesabatı ilə müəyyən olunmur. Müxtəlif xalqların və dinlərin dinc şəraitində Azərbaycanda birgəyaşayışı əsrlərdən bəri formalaşmış dəyərdir və bu ənənə Azərbaycan xalqının DNT-nin tərkib hissəsidir. Hətta qərblilərin təqdim etdiyi tolerantlıq Azərbaycanda olan vəziyyyəti dolğun təsvir etmək üçün düzgün termin deyildir.

 

Müstəmləkəçilik siyasətinin nəticəsi olaraq başqa xalqların nümayəndələrinin Avropaya köçündən sonra meydana gələn bu termin Azərbaycan dilinə dözümlülük kimi tərcümə olunur. Yəni, sənin burada mövcud olmağından məmnun olmasam da, mövcudluğuna dözməyə çalışıram tolerantlığın Avropa üçün xarakterik fəlsəfi mənasını izah edir. Bu siyasətin nəticəsidir ki, milli, dini və mədəni mənsubiyyətlərinə görə milyonlarla insan Avropa cəmiyyətlərində marginallaşmanın qrubanıdırlar. Təsadüfi deyil ki, orta əsr katolok Avropası yəhudi qırğınlarının, gettoların, XX əsr Avropası isə yəhudi soyqırımının vətənidir.

 

Azərbaycanda isə etnik, mədəni və dini müxtəliflik birgə və mehriban yanaşı yaşamaq konsepsiyası çərçivəsində müəyyən olunmuşdur. Bu məhdud və seqreqasiya meylli tolerantlıqdan kənar olaraq, cəmiyyət daxilində bərabərhüquqlu münasiətləri ehtiva edir.

 

Almaniya Baş naziri Anjela Merkel və Böyük Britaniya Baş naziri David Kemeron rəsmən Avropada multikulturalizmin iflasa uğradığını bəyan etmişdilər. Son onillik ərzində Avropanın ənənəvi olaraq iddia etdiyi tolerantlıq fəlsəfəsi də iflas həddindədir. Almaniyada xüsusi xidmət orqanlarının arxasında neo-nasist və anti-İslam qüvvələrin dayanması və artıq bir neçə nəsil Almaniyada yaşayan türklərin qətlə yetirilməsi hallarının getdikcə artması vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərən epizodlardır. Qazaxıstandan olan alman miqranta dərhal vətəndaşlıq verildiyi halda, valideynləri belə Almaniyada anadan olan türklərə hələ də vətəndaşlıq verilmir.

 

Fransa və Böyük Britaniyada isə vəziyyət daha acınacaqlıdır. Milyonlarla insanın marginallaşdırılması və təcrid siyasətinin nəticəsidir ki, bu ölkələrdə gənclər arasında radikalizm meylləri güclənir. Ayrı-seçkiliyin bariz nümunəsi olan hicaba görə cəriməni də tətbiq edən ölkə də Fransadır.

 

Fransa, Almaniya, Böyük Britaniya və Niderlandda Məhəmməd, Fatima, Əhməd, Əli və ya Səlimin təhsil və peşə keyfiyyətlərinə görə üstün olsa da, Fransua, Veber, Luiza və Jak ilə müqayisədə iş tapmaq və özünü tamhüquqlu vətəndaş kimi hiss etmək hüquqları çox məhduddur.

 

Dünyanın yeganə monoetnik dövləti olan Ermənistanda isə dözümlülükdən danışmağa heç dəyməz.

 

Odur ki, Emin “anti-milli”nin 2010-cu ilə aid bir xəbəri yenidən efirə gətirərək Azərbaycan xalqına qarşı növbəti təxribatı da cəfəngiyyatdır. Amma Emin “anti-milli”yə tövsiyəmiz o olar ki, artıq indidən sığınmaq üçün özünə daha yaxşı bir yer axtarsın. Dünyanın qədim peşə sahəsinin nümayəndəsi kimi Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı qarayaxma kampaniyasının uğursuluğundan sonra sifarişçilərinin gözündən düşəcək Emini də sevdiyi Avropada ayri-seçkilik, təcrid və marginallaşma gözləyir.

 

sia.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar