Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində şəxsi və xüsusi nümayəndələrin təyinatı həyata keçirilib.
APA-nın xəbərinə görə, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı bir il də uzadılıb. Fəaliyyətdə olan sədrin münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsinə isə səfir Andrey Deşitsa təyin olunub.
Xatırladaq ki, A. Kasprşik 1997-ci ilin yanvarından ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsində çalışır.