Anjey Kasprşik: “Prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”
22 oktyabr 2015 01:26 (UTC +04:00)

Anjey Kasprşik: “Prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”

0

“İlin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”.

 

APA-nın  “news.am”a istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.

 

Danışıqlar prosesində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən mümkün yeni təkliflərə toxunan Anjey Kasprşik bütün təkliflərin Madrid prinsipləri çərçivəsində müzakirə edildiyini bildirib.

 

Qeyd edək ki, oktyabrın sonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar