Amerikalı professorlar Şuşa qaçqınları ilə görüşüblər
19 yanvar 2013 16:16 (UTC +04:00)

Amerikalı professorlar Şuşa qaçqınları ilə görüşüblər

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında ABŞ-ın Con Hopkins Universitetinin Paul Nitşe adına Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAIS) professorları görüş keçirilib. Lent.az-ın məlumatına görə, qonaqları salamlayan İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov tədqiqatçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ki vəziyyəti və İcmanın problemin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib. Konfliktin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmələrinin zəruriliyini diqqətə çatdıran Orxan Əkbərov bu konfliktin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.

Tədbirdən sonra, ABŞ-dan gəlmiş nümayəndə heyəti Şuşadan məcburi köçkün düşmüş insanların kompakt yaşadığı Ramana qəsəbəsinə səfərləri təşkil olunmuşdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar