Amerikalı müşahidəçi: “Ədalətli seçkilərin şahidi olduq”
01 noyabr 2015 21:36 (UTC +04:00)

Amerikalı müşahidəçi: “Ədalətli seçkilərin şahidi olduq”

0

“Müşahidələr apararkən azad, şəffaf və ədalətli seçkilərin şahidi olduq”.

 

APA-nın məlumatına görə, bunu ABŞ Müşahidəçilər qrupunun rəhbəri, Texas ştatından keçmiş konqresmen Solomon Ortiz deyib.

 

O qeyd edib ki, Bakıda və bir neçə regionda 125 secki məntəqəsində müşahidələr aparılıb.

 

"Səsvermə zamanı müşahidəçilər yüksək seçici fəallığının şahid olublar”, - deyə o vurğulayıb. 

 

Səsvermə zamanı neqativ halların müşahidə edilmədiyini deyən S. Ortiz qeyd edib ki, keçirilən seçkilər vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar