“İlk dəfədir müşahidəçi qismində seçkidə iştirak edirəm. Müşahidə etdiyim müddətdə gördüm ki, siz seçkilərə çox yaxşı hazırlaşmısınız”.
APA-nın şimal bürosunun xəbərinə görə, bu sözləri almaniyalı müşahidəçi Kristof Edvard deyib. O, Quba və Qusar rayonlarında 11 məntəqədə müşahidə apardıqlarını söyləyib: “Bütün məntəqələrdə xoş qarşılandıq. Bütün suallarımıza çox dəqiqliklə cavab verdilər”.
K. Edvard qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməyib.