Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.
APA-nın məlumatına görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynliməlumat verərək bildirib ki, İ. Əliyev peşə fəaliyyətində nümunəvi kadrdır.
İ. Əliyevin vəzifəsindən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi təklif olunub.
Məsələ səsə qoyularaq qəbul edilib.