Azərbaycan Həmkarlar İttifaqları ı (AHİK) hazırkı dövlət başçısı İlham Əliyevin bu ilin oktyabrında keçiriləcək Azərbaycan prezidentliyinə seçkilərdə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib.
APA-nın məlumatına görə, bunu AHİK-in IV qurultayında çıxışı zamanı AHİK sədri Səttar Mehbalıyev deyib. S.Mehbalıyev həmkarlar ittifaqlarının uğurlarına görə təmsil etdiyi qurum adından prezident İlham Əliyevə və respublika hökumətinə təşəkkür edib: “Çox böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib və bunu qurultayın uca kürsüsündən söyləməyi mənə həvalə ediblər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq”.
S.Mehbalıyev qeyd edib ki, prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, imzaladığı fərman və sərəncamların, tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda onlara böyük dəstək olub.