Qarabağla bağlı 7 maddəlik planın bəzi detalları açıqlandı
09 aprel 2016 12:30 (UTC +04:00)

Qarabağla bağlı 7 maddəlik planın bəzi detalları açıqlandı

 

Almaniya Xarici İşlər Nazirliyi (XİN)Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etməsi barədə xəbərlərə aydınlıq gətirib.

 

Almaniya XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Almaniyanın xarici işlər naziri FrankValter Ştaynmayer münaqişə ilə bağlı "status kvo"nun uzun müddət davam edəcəyini düşünmür.

 

"Münaqişə davam etdiyi üçün təmas xəttində və iki ölkə sərhədində zorakılığın təkrarlanması və daha böyük intensivlik alması riski artır. Buna görə də xarici işlər naziri Ştaynmayer münaqişənin sülh yolu ilə həlli istiqamətində tərəqqiyə nail olmaq üçün ATƏT-ə sədrliyi dövründə bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

 

Almaniyanın 7 maddəlik planı zorakılığın artması potensialının qarşısını almağa yönəlib və Dağlıq Qarabağ münaqişəsinin davamlı, sülh yolu ilə həllinə dair yol göstərməkdən ibarətdir. Bunun əsasında atəşkəsin stabilləşdirilməsi və danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoq, etimad yaradılması tədbirlərindən istifadə etmək dayanır. Bu, Minsk qrupunun işinin intensivləşdirilməsi, potensial kompromis nöqtələrinin araşdırılması və yekun olaraq uzunmüddətli sülh sazişi üçün danışıqların aparılmasından ibarətdir”, - deyə Almaniya XİN-dən bildirilib .

 

Qeyd edək ki, Rusiya mətbuatı bir neçə gün əvvəl Almaniya XİN-dəki diplomatik mənbəyə istinadən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etdiyi barədə xəbər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

APA Baycan

Oxşar yazılar