Afşində yaxın zamanlarda Qarabağ parkının açılışı olacaq. Lent.az-ın məlumatına görə, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın Afşin bələdiyyə başqanı Mehmet Fatih Güvenle görüşündə millət vəkili bələdiyyə başqanına bir neçə ay bundan əvvəl bununla bağlı təklifimizi dəstəkləyərək Qarabağ adının mərkəzdə yerləşən parka verdiyiniz üçün sizə və bələdiyyə üzvlərinə təşəkkürümüzü bildirik deyib. Millət vəkili Afşində Qarabağ adlı bir parkın olmasının önəmindən danışıb. Millət vəkili Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olmaqla bərabər gənc nəsillərin ortaq tarix və həqiqətlərimizi dərindən bilməsi üçün də önəmli olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva bu addımın digər bir çox bələdiyyələr üçün də gözəl örnək olacağına inandığını deyib. Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkili bildirib ki, “inanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Afşin adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin” deyib. Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Afşində Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib. O,inşallah yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını bildirib. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,qədim Afşinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi. Azərbaycanı çox sevdiyini deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib və Afşin ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb və Qənirə Paşayevaya bu istiqamətdə dəstəyinə görə təşəkkürünü bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Afşin bələdiyyyə başkanına həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.
SİYASƏT
- Ana səhifə
- SİYASƏT
Afşində Qarabağ parkı açılacaq
- Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilir
- Əli Nağıyev Çində
- İkili standartlar: Avropa Parlamentinin siyasi korroziyası
Oxşar yazılar
XƏBƏR LENTİ
04:20Vens açıqladı: İranla müharibə bu halda başa çata bilər
03:08Vurulan gəmidə yaralanan həmvətənimizin atası danışdı - VİDEO
02:02İnsanların gördüklərini beyindən oxuyan süni intellekt hazırlandı
00:55Piyada keçidində qaydaları pozanları hansı cərimələr gözləyir? - VİDEO
00:02Kim sevgi tapacaq və kim... Oktyabr ayının sevgi ULDUZ FALI
23:39Azərbaycanda kişi hamilə arvadını döydü, uşaq öldü - VİDEO
22:30“Feniks planeti” – ölməkdə olan ulduzun külündən yaranan dünya
21:28Ən güclü Android telefonlar bəlli oldu: Zirvədəki modellər
20:30Sabahın hava proqnozu
20:15Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
19:59Bu iki ayda doğulanların DİQQƏTİNƏ - çətinliklər geridə qalır
19:46Afrika ölkəsinin lideri inək satışında rekord qırdı
19:36Azərbaycanda müəllimlər üçün geyim qaydaları və tələbləri
19:33Xaçmazda kişi evinin həyətində ölü tapıldı
19:20La Liqada qiyməti ən çox artan 5 oyunçu – SİYAHI
19:14Azərbaycanda məktəb direktoru vəfat etdi
19:09Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
19:07Bu 3 ayda doğulanlar... tezliklə "qara zolaqdan" çıxacaqlar
18:53Jezuş dörd məşqçinin uğurunu təkrarladı: Portuqaliyada başqa kim ideal start götürüb?
18:396 ÷ 2(1 + 2) - hələ də mübahisəli olan sadə bir nümunə
18:25Motorun səsinə görə sürücünü döyüb öldürdü
18:12Bakıda FACİƏ: kişi binadan yıxılıb öldü
18:02"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ
17:57Turistləri ən çox xoşbəxt edən 10 şəhər
17:43Yeni saç düzümünün əhvalı dəyişdirməsinin SƏBƏBİ
17:28Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU
17:25Dayanmadan 11 min kilometr uçur: öz orqanlarını “yeyən” quş
17:10Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı
16:56İnsanın gördüklərini bərpa edə bilən süni intellekt hazırlandı
16:50Şagirdlər arasında bıçaqlanma - 7 nəfər yaralandı, 1 nəfər öldü -YENİLƏNİB
16:41Bakının 5 rayonunda su kəsiləcək
16:37"Samsung"un Gemini ilə işləyən ağıllı eynəyi noyabrda hazır olacaq
16:22Yeddi yaşlı qız küçədə bacısının yanında öldürüldü
16:18"Azərsun Holdinq" Təmizlik Kağızları Fabrikinə mediatur keçirib
16:06İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
16:00Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi
15:54"Azercell"in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Dima Əl-Yəhya ilə görüşüb
15:46Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
15:31Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA
15:17Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
15:02"Günəşin doğduğu yer" serialında qəribə və əxlaqsız TƏKLİF - VİDEO
14:59Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:47AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ
14:45Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair FOTOSƏRGİ
14:33Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
14:18TikTok-da “vəkiləm” deyib yarım milyon topladı – Zərərçəkənlər MƏHKƏMƏDƏ
14:18Xalq artisti xəstəxanaya yerləşdirildi
14:05Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz
13:50Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
13:36CSCA 2026-2027 imtahan tarixləri açıqlanıb
13:29Dövlət siyasəti ilə korporativ maraqların qarşıdurması: Türkiyə-İsrail iqtisadi əlaqələrinin pərdəarxası mənzərəsi
13:15Dünyada yenidən populyarlaşan 10 qədim ad
13:00Naftalanda sanatoriyada meyit tapıldı
12:52Təcili Yardım Mərkəzinə yeni direktor təyin olundu
12:50Baş redaktor barəsində YENİ QƏRAR
12:41Güclü leysan və qar yağacaq - Sabahın havası
12:30Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu
12:15Evdə stress yaradan 5 şey
12:00Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
11:57Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?