<span style="color:red;">ABŞ səfirliyi:  "Birləşmiş Ştatlar Azərbaycanın demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir”
29 aprel 2015 19:03 (UTC +04:00)

ABŞ səfirliyi: "Birləşmiş Ştatlar Azərbaycanın demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir”

“Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, “Əsrin müqaviləsi”ni dəstəkləmək də daxil olmaqla, Azərbaycanın suverenliyinin və uğurunun təminatına yönələn fəaliyyət göstərib”.

 

Bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan bəyanatda bildirilir. Bəyanatda daha sonra deyilir:

 

“Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənib. Amerika Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxtda Azərbaycanla sıx şəkildə işləyib. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla, dəyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərib. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlib və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım, Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıqdır. Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət katibi Kerri prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Şübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir”.

 

Bəyanda o da qeyd olunur ki, “ABŞ səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır”: “Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddialar tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar