ABŞ fondu Ermənistan və Dağlıq Qarabağdan çıxdı
02 dekabr 2015 18:52 (UTC +04:00)

ABŞ fondu Ermənistan və Dağlıq Qarabağdan çıxdı

 

 

“Birləşmiş erməni fondu” təşkilatı Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə “Arevelk” nəşrinin yaydığı məlumatda deyilir.

 

Qeyd olunur ki, müvafiq qərarın verilməsinə səbəb fondun əsas sponsoru Kirk Kerkoryanın vəfatı olub. Onun vəfatından sonra “Linsi” fondu da fəaliyyətini dayandırıb.

 

“Birləşmiş erməni fondu” xatırladıb ki, 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar