Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə “Günəşli” yatağında baş vermiş yanğın zamanı insanların həlak olması ilə bağlı başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:
"Hörmətli Prezident, əziz qardaşım,
Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.
Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".