"Vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edildi
06 dekabr 2015 02:44 (UTC +04:00)

"Vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edildi

Azərbaycan prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. APA-nın məlumatına görə,  sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə”   2015-ci il 30 sentyabr tarixli 1340-IVQD nömrəli qanunun tətbiqi haqqında” Azərbaycan prezidentinin 2015-ci il 20 noyabr tarixli 1545 nömrəli sərəncamının 1.2-ci və 1.3-cü bəndlərində verilmiş tapşırıqların icrası ilə əlaqədar təkliflərin hazırlanması zamanı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-1-ci və 3-2-ci bəndlərinin müddəalarını nəzərə almaq;

 

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib prezidentə məlumat versmək;

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 

Baş Prokurorluğa tövsiyə edilsin, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-1-ci və 3-2-ci bəndlərində nəzərdə tutulmuş hallar barədə əsaslı məlumatlar əldə etdikdə həmin məlumatları Dövlət Sərhəd Xidmətinə və Dövlət Miqrasiya Xidmətinə təqdim etsinlər.

 

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

 

Qanuna əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci bəndlər əlavə edilir:

 

“3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;

 

3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327
avatar

Oxşar yazılar