“Biz prezidentlәrlә danışanda bildirmişik ki, onlar öz xalqlarını müharibәyә deyil, sülhә hazırlamalıdır”.
APA-nın məlumatına görə, bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib.
“Prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidirlәr ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Düşünürәm ki, gәlәcәk nәsillәrә burada daha stabil gәlәcәk borcluyuq. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır", - deyə o vurğulayıb.
Uorlik qeyd edib ki, Azәrbaycan vә Ermәnistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud narahatlıqları başa düşür: “Çünki 20 ildәn çoxdur münaqişә hәll olunmayıb”.
O bildirib ki, hәmsәdrlәr birgə çalışırlar, ortaq fikir ortaya qoyurlar: "Bu fikirlәri hәr iki ölkәnin prezidenti ilә müzakirә edirlәr. Sözsüz ki, artıq prezidentlәr iradә nümayiş etdirib qәrar vermәlidirlәr ki, münaqişә yox, sülh istәyirlәr. Hәr iki tәrәf 20 ildәn artıqdır davam edәn münaqişәdәn cana yığılıb. Hәr iki xalqın rahatlığı, tәhlükәsizliyi üçün bu münaqişәnin hәrtәrәfli hәllinә ehtiyac var. Ümid edirik ki, regionda yaşayan xalqlar öz sәslәrini ucaldacaqlar vә münaqişәnin sülh yolu ilә hәllini tәlәb edәcәklәr. Elә bir gün gәlәcәk ki, regionun xalqları biri-biri ilә mehribançılıq vә sülh şəraitində yaşayacaq".