<span style="color:red;">"Azərbaycan ilə ABŞ arasında münasibətlər uğurla inkişaf edir"  - Prezident İlham Əliyev
02 aprel 2016 15:13 (UTC +04:00)

"Azərbaycan ilə ABŞ arasında münasibətlər uğurla inkişaf edir" - Prezident İlham Əliyev

Prezident İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

 

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə edib və  bu səfərin uğurla keçdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini də bildirib.

ABŞ dövlət katibinin müavini Tomas Şennon Prezident İlham Əliyevin Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırıb.  O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək əlaqələrin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirib. 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar