Federika Mogerini:<span style="color:red;"> “Dağlıq Qarabağdakı vəziyyətə görə narahatam”
02 aprel 2016 18:08 (UTC +04:00)

Federika Mogerini: “Dağlıq Qarabağdakı vəziyyətə görə narahatam”

 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib.

 

APA-nın məlumatına görə, F. Mogerininin yaydığı bəyanatda deyilir ki, o, tərəfləri atəşkəsə əməl etməyə çağırıb: "Cəbhə xəttində gərginliyin artması ilə bağlı xəbərlər məni olduqca narahat edir. Mən tərəfləri atəşkəsə riayət etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməli və gərginliyin artmasına səbəb ola biləcək hərəkət və bəyanatlardan çəkinməlidir. İnsan itkilərinin olması da məni olduqca məyus edir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə qəti şəkildə əməl edəcək və sülh danışıqlarını bərpa edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

APA Baycan

Oxşar yazılar