Bursada Qarabağla bağlı konfrans keçirilib
27 oktyabr 2014 10:19 (UTC +04:00)

Bursada Qarabağla bağlı konfrans keçirilib

0

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Layihə İdarəetmə Assosiasiyası tərəfindən Türkiyənin Bursa şəhərində "Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq prizması baxımından” adlı konfrans keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan Layihə İdarəetmə Assosiasiyasının sədri, Çətin Almas həyata keçirdikləri layihənin əhəmiyyəti haqqında danışıb və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını beynəlxalq hüququn təməl prinsiplərinin kobud şəkildə pozulması adlandırıb. Konfransda Həsən Tunç, Necdət Hayta, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və digər şəxslər məruzə ilə çıxış ediblər.

Toplantıda çıxış edən şəxslər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyərək münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təsbit olunduğunu qeyd ediblər. Bu qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün zəpt olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir.

Tədbir iştirakçıları münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətini artırmağa çağırıblar.

Toplantıda ekspertlər, professorlar,  çoxsaylı media və QHT nümayəndələri iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar