Seçiciləri Bəxtiyar Əliyevə səs verəcəyinə söz verib
23 oktyabr 2015 12:45 (UTC +04:00)

Seçiciləri Bəxtiyar Əliyevə səs verəcəyinə söz verib

0

Milli Məclisə keçiriləcək seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev Xətai rayonunda məskunlaşmış məcburi köçkün seçicilər ilə görüşüb.

 Lent.az-ın məlumatına görə, səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Görüşün sonunda bütün sakinlər B.Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb və 1 noyabr tarixində ona dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbayl və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar