Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammitinin plenar iclası başlayıb.
APA-nın məlumatına görə, “Nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi üçün milli fəaliyyətlər” mövzusunda keçirilən iclasda dünyanın bir çox ölkələrindən dövlət və hökumət başçıları iştirak edir.
Sammitə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.
Zirvə görüşünü açıq elan edən ABŞ prezidenti Barak Obama sammit iştirakçılarını salamlayıb.