“Səudiyyə Ərəbistan tələskənlik göstərərək İranla münasibətləri dayandırdı. Düşünürük ki, Səudiyyə Ərəbistanı terrorçu qruplara dəstək göstərmək kimi keçmiş səhvini aradan qaldırmalıdır”.
APA-nın xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı seçim qarşısındadır: ya terrora dəstək verəcək, ya da region ölkələri ilə yaxşı münasibətlər quracaq: “Əgər Səudiyyə Ərəbistanı rəftarını düzəltsə, İranla dost ola bilər. İran dövləti beynəlxalq koalisiyalardan öncə də terrorizmlə ciddi mübarizə aparırdı. Hazırda “Əl Qaidə”, İŞİD kimi terror qruplarını yaradan ölkələr indi koalisiya yaradıb özlərini terrorla mübarizə aparırmış kimi göstərirlər. Region ölkələri bu kimi koalisiyaları ciddi saymırlar. İran terrorizmlə mübarizə aparan ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Bu gün Suriya,İraq və Yəmənin bir hissəsi terrorla mübarizə aparır. İran da bu dövlətlərin yanındadır”.