[b]Ruhani: "Azərbaycanla müştərək əməkdaşlığımızda sıçrayış olmalıdır”[/b]
17 may 2016 23:16 (UTC +04:00)

[b]Ruhani: "Azərbaycanla müştərək əməkdaşlığımızda sıçrayış olmalıdır”[/b]

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov İran prezidenti Həsən Ruhaniyə etimadnaməsini təqdim edib.  

 

APA-nın Tehran bürosunun məlumatına görə, prezident Ruhani görüş zamanı qeyd edib ki,  bu gün İran-Azərbaycan  münasibətlərinin hərtərəfli  inkişafı üçün tərəflərin ciddi iradəsi var: “İki ölkə rəsmilərinin səyi ilə müştərək əməkdaşlıqda sıçrayış olmalıdır”.

 

H.Ruhani  sanksiyaların ləğvindən sonra yaranmış imkandan hər iki ölkənin səmərəli istifadə etməsinin zəruriliyini vurğulayıb: “İki ölkə arasında  çoxlu layihələr və razılaşmalar  var ki, onların icrası və təkmilləşdirməsi  Azərbaycan və İran arasındakı münasibətləri daha da möhkəmləndirə bilər”.  

 

“Regiondakı  problemlər, o cümlədən  terrorçuluq kimi problemlər bütün ölkələrin  əməkdaşlığı ilə öz həllini tapmalıdır”, - deyə Ruhani bildirib.  

 

Azərbaycanın Tehrandakı səfiri B. Hüseynov öz etimadnaməsini təqdim edərək bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr həmişə möhkəm köklərə və qarşılıqlı əməkdaşlığa söykənib: “İranın  dostluğu və dəstəyinə heç vaxt şübhə ilə yanaşmamışıq.  Tehran və Bakı arasındakı əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə inkişafı, hər iki ölkənin və hər iki xalqın  xeyrinədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar