[b]Referendum 5627 seçki məntəqəsində keçiriləcək[/b]
21 sentyabr 2016 16:44 (UTC +04:00)

[b]Referendum 5627 seçki məntəqəsində keçiriləcək[/b]

0

Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək.
 

APA-nın məlumatıma görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. 
 

O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. M. Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb: "Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar