Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanla danışıqlar aparacaq. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İki ölkə lideri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edəcəklər, habelə Serj Sarkisyanın bu ilin martında Rusiyaya rəsmi səfəri zamanı əldə olunan sazişlərin icrasını nəzərdən keçirəcəklər”, - deyə məlumatda bildirilir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi də daxil olmaqla, əhəmiyyətli beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.