<b>Prezidentlə Medvedev arasında geniş tərkibdə görüş başlayıb</b>
08 aprel 2016 13:44 (UTC +04:00)

Prezidentlə Medvedev arasında geniş tərkibdə görüş başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya baş naziri Dmitri Medvedevlə təkbətək görüşündən sonra geniş tərkibdə görüş başlayıb.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin aradan qaldırılması istiqamətində fəal vasitəçi səylərinə görə bir daha təşəkkür edib.

 

Dövlət başçısı bildirib ki, təkbətək görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri geniş müzakirə olunub: “Münasibətlərimizin inkişafında yaxşı dinamika var. İki ölkə arasında ticarət dövriyyəsi obyektiv səbəbdən bir qədər aşağı düşüb. Nəqliyyat və energetika sahəsində çox böyük imkanlar var. Humanitar sahədə də böyük imkanlar və nəticələr var. Biz görüşdə iqtisadi-ticarət əlaqələri, siyasi münasibətləri geniş müzakirə edəcəyik”.

 

Rusiyanın baş naziri D. Medvedev isə qeyd edib ki, təkbətək görüşdə regional məsələlərə də toxunulub: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İqtsadi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Keçən il ticarət dövriyyəsi müəyyən qədər azalıb. Bu, ölkələrin ixrac etdiyi məhsulların qiyməti ilə əlaqədar olub. Bir çox layihələri həyata keçirmək olar. Humanitar məsələləri də müzakirə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar