[b]Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərlərinə çağırış etdi[/b]
05 aprel 2016 11:25 (UTC +04:00)

[b]Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərlərinə çağırış etdi[/b]

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Ermənistan və Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ ətrafında yaranmış gərgin vəziyyətin sülh yolu ilə həll edilməsi üçün maksimum səy göstərməyə çağırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə G. Marqvelaşvili Tiflisdə keçirilənNATO Həftəsi çərçivəsindəki Xalq Diplomatiyası Forumunda çıxışı zamanı bildirib.

 

“Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərləri gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə maksimum diplomatik səylər göstərəcəklər”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar