[b]Həmsədrlərdən növbəti çağırış[/b]
07 aprel 2016 21:08 (UTC +04:00)

[b]Həmsədrlərdən növbəti çağırış[/b]

Ermənistanın işğalı altında olan Azərbaycanın Xankəndi şəhərində səfərdə olan  ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçı rejimin nümayəndələri ilə görüş zamanı  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə həmsədrlər Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) iştirak ediblər.   

 

“Həmsədrlər münaqişənin dinc yolla həllinin zəruriliyini bir daha təsdiq edərək, bu istiqamətdə gələcək addımların perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.  

 

Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi  Anjey Kaspşik də iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar