[b]Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparırlar[/b]
27 mart 2017 12:07 (UTC +04:00)

[b]Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparırlar[/b]

İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.

 

APA-nın “armenpress.am”-a istinadən verdiyi xəbərə görə, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu" aparır.

 

“Tarixi mühitin qorunması xidməti” dövlət müəssisənin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək.

 

“Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, - deyə o bildirib.

 

Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.

 

Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.

 

Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

APA Baycan

Oxşar yazılar