[b]Ərdoğan Azərbaycana görə erməni siyasətçiylə mübahisə elədi[/b]
22 may 2017 13:25 (UTC +04:00)

[b]Ərdoğan Azərbaycana görə erməni siyasətçiylə mübahisə elədi[/b]

0

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub.

 

APA-nın məlumatına görə, A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir. O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır.

 

A. Hovakimyanın çıxışından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla razılaşmadığını bəyan edib: “Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etmədi. Amma siz öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Bu isə mənim fikrimcə, düzgün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar