Çavuşoğlu: “Bakı Dağlıq Qarabağ münaqişəsində təmkinlik nümayiş etdirir”
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində səbirlə hərəkət etdiyini bildirib. APA-nın məlumatına görə, Çavuşoğlu bu fikri “A Haber” telekanalına müsahibəsində bildirib.
Çavuşoğlunun sözlərinə görə, Ermənistan Azərbaycan tərəfinə qarşı təxribatlar həyata keçirir. “Azərbaycan bu məsələdə təmkinlik nümayiş etdirir. Ümid edirik ki, irimiqyaslı qarşıdurma baş verməyəcək. Biz münaqişənin sülh yolu ilə nizamlanmasında Azərbaycanın lazımi addımlar atacağına inanırıq”, - deyə Çavuşoğlu bildirib.
O, ATƏT-in Minsk Qrupunun özünü doğrultmadığını qeyd edib. Çavuşoğlunun sözlərinə görə, əgər həmsədrlər maraqlı olduqlarını göstərsələr, Dağlıq Qarabağ münaqişəsi bir həftəyə həll olunar.