Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayır.
APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında vizanın ləğvi ilə bağlı danışıqların aparılıb-aparılmamasına dair suala cavabında bildirib.
O bildirib ki, danışıqların geniş gündəliyi var: "Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik".