[b]ATƏT sədri nazirlərin qeyri-rəsmi görüşünü planlaşdırır[/b]
18 avqust 2016 10:32 (UTC +04:00)

[b]ATƏT sədri nazirlərin qeyri-rəsmi görüşünü planlaşdırır[/b]

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova) xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünün vaxtı məlum olub.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, görüş sentyabrın 3-də baş tutacaq. 

 

Ukraynalı diplomat həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

APA Baycan

Oxşar yazılar