[b]ATƏT-in baş katibi: [/b]"Zaman yetişib..."
12 oktyabr 2015 17:00 (UTC +04:00)

[b]ATƏT-in baş katibi: [/b]"Zaman yetişib..."

“Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində gərginlik artıb”.

 

Bu sözləri APA-nın Moskva müxbirinin sualına cavabında açıqlamasında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

 

Məsələyə siyasi diqqətin artırılmasının vacibliyini önə çəkən L. Zanyer ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə daha bir görüş planlaşdırdıqlarını düşündüyünü bildirib.

 

“Beynəlxalq ictimaiyyət tərəflərə daha çox təsir göstərməlidir və diqqəti problemin siyasi həllinin vacibliyinə yönəltməlidir”, - deyə o vurğulayıb.

 

Münaqişə regionunun monitorinqi ilə məşğul olan xüsusi qrupun fəaliyyət göstərdiyini deyən L. Zanyer tətbiqi vacibi olan müəyyən tədbirləri hazırladıqlarını bildirib: “Tərəflərin problemin həllinə töhfə verməsi üçün xüsusi mexanizmlər yaratmaq lazımdır. Xüsusən ağır silahlardan istifadə narahatlıq doğurur. Siyasi təşəbbüslər üçün zaman yetişib”.

 

ATƏT-in baş katibi həmçinin Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün keçiriləcəyinə ümidvar olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338
avatar

Oxşar yazılar