<b>ABŞ konqresmenindən Ermənistanın hərbi aqressiyasına dair bəyanat</b>
08 aprel 2016 03:00 (UTC +04:00)

ABŞ konqresmenindən Ermənistanın hərbi aqressiyasına dair bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen 7 aprel tarixində Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, bəyanatda Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının alqışlandığı bildirilir. Buna baxmayaraq, konqresmen Kohen Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal müsbət cavablandırmaması və hərbi əməliyyatları davam etdirməsinin təəssüf doğurduğunu ifadə edib.

 

Sonda konqresmen Ermənistandan əldə edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyi tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar