![[b]"Mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək" - Nazir[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək" - Nazir[/b]
"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir".
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.
" BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan Silahlı Qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Bir çox təşkilat tərəfindən bu mövqe dəstəklənib. Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir. Münaqişə nəticəsində yaranan "status-kvo" heç zaman qəbul edilməyəcək", - deyə E. Məmmədyarov qeyd edib.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34