"Azərişıq"dan seçki açıqlaması
29 oktyabr 2015 12:23 (UTC +04:00)

"Azərişıq"dan seçki açıqlaması

Seçkilər günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi təchizatının təmin olunması məqsədi ilə “Azərişıq”ASC-nin strukturuna daxil olan bütün Rayon Enerji Təchizatı və Satışı İdarələri tərəfindən ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün müvafiq texniki və təşkilati tədbirlər görülüb. ASC-nin mətbuat xidmətinən Lent.az-a daxil olan məlumatda bildirilir ki, dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binalardakı elektrik qurğularının  və avadanlıqlarının, habelə enerji təchizatını həyata keçirən mənbələrin mövcud vəziyyəti təkrar yoxlanılıb, aşkar olunmuş qüsur və nasazlıqlar qısa müddətdə aradan qaldırılıb, zəruri olan mal-materialların ehtiyatı yaradılıb, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün ciddi tədbirlər görülüb.

 

Seçkilər günü Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Texniki Departamentə tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində, habelə bütün RETSİ-lər və ETSİ-lər üzrə növbətçilik təşkil olunacaq. Yarana biləcək istənilən nasazlıq vəziyyəti ilə bağlı “Azərişıq”ASC-nin “199 - Qəza Xidməti”nə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar