"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna olunmur"
12 oktyabr 2015 12:41 (UTC +04:00)

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna olunmur"

 

ATƏT-in Minsk qrupunun növbəti görüşü yaxın aylarda keçirilə bilər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ATƏT-in baş katibi Lamberto Zanyer Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının iclasında çıxış edib.

 

Qarabağ nizamlanmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katbi Nikolay Bordyuja ilə müzakirə etdiyini deyən L. Zanyer Ermənistan-Azərbaycan sərhədində və regionda zorakılığın artmasından narahat olduqlarını bildirib. “Siyasi rəhbərliklə iş aparmaq lazımdır”, -deyə o vurğulayıb.  

 

O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağını da istisna etməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar