"Azərbaycan Rusiya üçün strateji vacib ölkədir"
31 avqust 2017 23:49 (UTC +04:00)

"Azərbaycan Rusiya üçün strateji vacib ölkədir"

"Azərbaycan Cənubi Qafqazda Rusiya üçün strateji vacib ölkədir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "İzborskiy Klub"-un Rusiya-Azərbaycan münasibətlərinə dair dəyərləndirməsində bildirilib.

 

"Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir. Əhali sayına, coğrafi mövqeyinə, resurs potensialına və Rusiya dövləti ilə tarixi bağlılığına görə Rusiya üçün strateji vacib ölkədir. Bakı və Moskva mehriban qonşular kimi mədəniyyət, iqtisadiyyat, siyasət, müdafiə quruluşu və digər sahələrdə məhsuldar əməkdaşlıq edirlər.  

 

Hazırkı geosiyasi vəziyyətdə Azərbaycan rəhbərliyinin çoxvektorlu əlaqələrin inkişafı və Moskva ilə münasibətlərin möhkəmləndirilməsi siyasəti öz effektivliyini sübut edib. Azərbaycan regional geosiyasət təkcə Cənubi Qafqazda deyil, Rusiyanın İran və Türkiyə ilə münasibətlərinə dair siyasətdə də öz əhəmiyyətini artırıb",-deyə "İzborskiy Klub"-un iki ölkə arasında münasibətlərin səviyyəsinə dair dəyərləndirməsində qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar