“Ştrasser Avropa dəyərlərini özəlləşdirmək istəyirdi”
23 yanvar 2013 23:06 (UTC +04:00)

“Ştrasser Avropa dəyərlərini özəlləşdirmək istəyirdi”

“Azərbaycana qarşı qərəzli mövqedən, Azərbaycana hansısa başqa məqsədlərlə yanaşmaq qətiyyən mümkün deyil”. APA-nın Avropa bürosunun məlumatına görə, belə bir bəyanatla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov çıxış edib.

 

“Ola bilsin ki, bu kiməsə böyük məsələ kimi görünmür, amma yalnız həqiqətin təntənəsi bizim üçün çox vacibdir, çox əhəmiyyətlidir. Məhbus və insan hüquqları məsələsi əbədidir və onların üzərində həmişə işləmək lazımdır. Biz də işləyəcəyik. Amma qərəzli mövqenin axırı belə qurtarır. Çünki Kristofer Ştrasser Avropa dəyərlərini özəlləşdirmək istəyirdi. Alınmaz. Bu onun Avropa Şurası deyil, bu Azərbaycanın Avropa Şurasıdır, 20% torpağı işğal altında olan Azərbaycanın Avropa Şurasıdır, bir milyona yaxın qaçqını olan Avropa Şurasıdır. Ona görə də keçməz, keçməz və bir daha keçməz”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar